Panorama Restoranı - Qafqaz Tufandağ Hoteldə Panorama Restoranı ləziz yeməklərindən zövq almaq üçün əla məkandır. Geniş terrasa çıxdığınız andan siz mavi rəngdə gölün və əzəmətli dağların heyrətamiz mənzərələri qarşısında valeh olacaqsınız. Geniş çeşiddə səhər yeməkləri, axşamlar isə canlı musiqi müşayiəti ilə istirahətiniz unudulmaz olacaq.
Chalet Steak & Wine House - Azərbaycanın ən hündürdə yerləşən restoranlarından biri olan və birbaşa kanat xətti ilə gedilən Chalet Wine & Steak house 1920 metr hündürlükdə yerləşir. Burada siz ləziz steyk və premium şərab çeşidlərindən dadaraq istirahət edə bilərsiniz.
Burger Station - Burger Station-da dağın ritminə uyğun olaraq sürətli, templi və heyrətamiz dağ mənzərələrinin mükəmməl qarışığını kəşf edin. Bu məşhur fast food restoranı dadlı yemək axtaran hər kəs üçün ideal yerdir. Dadlı sendviçlər və burgerlər təqdim edən menyusu ilə Burger Station-da hər kəs üçün nəsə var.
Gabala Cafe - Qəbələnin qəlbini və ruhunu Qəbələ Kafedə kəşf edin. 1600 metr hündürlükdə yerləşən bu kafeyə çatmaq üçün qonaqlar yam-yaşıl meşələr üzərindən ənənəvi kanat yolu ilə mənzərəli gəzintiyə çıxmalıdırlar. Bu fincan qəhvə içərək bu möhtəşəm mənzərədən zövq alacaqsınız.
Buta Bar - Hotelimizin lobbisində yerləşən Buta Bar-da möhtəşəm içkilərin dadına baxaraq dostlarınızla əyləncəli zaman keçirəcəksiniz.
Shisa Bar - Klassik ərəb üslubunda dizayn edilmiş Şişa Bar-da bacarıqlı qəlyan ustalarımız tərəfindən hazırlanmış qəlyanlarla dostlarınız və ya həmkarlarınızla ünsiyyətdən həzz alaraq dincəlin.