Otaqlar
Mehmanxanaya daxil olan otaq və koteclərdə sakit və rahat anlar keçirtmək mümkündür. Otaqların dizaynı müasir Art Deko üslubunda tərtib olunub. Otaqda ən yüksək zövqü oxşayan xırda bəzək əşyalarının və müasir modernizm üslubunda taxta bəzək hissələrinin kombinasiyası özünüzü dəbdəbəli və rahat şəraitdə hiss etməyinizə imkan verəcək.